Astarada şəhər, qəsəbə və kənd məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər başlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Azərtac-a istinadən verir.
Təlimlər 79 saylı Astara seçki dairəsinin dairə seçki komissiyasında həyata keçirilir. 17 yanvar tarixində başlanılan sessiyada seçki günü prosedurları və müstəsna hallar, səsvermə məntəqəsinin açılması, seçki qutularının hazırlanması, səslərin hesablanması, seçki bülletenlərinin təsnifatı və yekun protokolun doldurulması və digər məsələlər haqda məlumat verilib.
Bütün iştirakçılara Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim edilib.
Qeyd edık ki, məşqlər 5 gün davam edəcək.