Astarada səyyar kitabxana xidməti təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində Astara Rayon Mərkəzi Kitabxanasına istinadən verir.
Tədbir "Şahin" Gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin zabit və gəncləri üçün keçirilib. Səyyar kitabxana xidməti rayonun Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Respubilkasının Gənclər və İdman Nazirliyi tərəfindən Astara rayon Olimpiya İdman Kompleksində baş tutub.
Tədbirdə Astara rayon Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, "Şahin" Gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin təlimçi zabitləri, Aprel döyüşlərinin qazisi zabit Loğman Məmmədov, Ədalət Haqverdiyev iştirak ediblər.