Astarada səyyar kitabxana xidməti təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Səyyar kitabxana Heydər Əliyev Parkında keçirilib. Burada Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin əməkdaşları iştirak ediblər. Xidmət zamanı kitabxana fondunda olan yerli və xarici yazarların əsərləri nümayiş edilib.