Astarada “Narkomaniya – əsrin bəlası” mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbir A.Hüseynov adına Suparibağ kənd məktəbində baş tutub. Burada məktəblərin yuxarı sinif şagirdləri və müəllim heyəti iştirak edib.
Çıxışlarda gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlər keçirilməsinin, onlara narkomaniyanın fəsadları barədə dolğun məlumatlar verilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Yekunda nümayəndələr tərəfindən məktəblilərin sualları cavablandırılıb.