Astarada “Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi nümunəvi xarakter daşıyır” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ş.Qasımov adına şəhər 4 saylı məktəbinin şagirdləri iştirak ediblər.
Çıxışlarda ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən danışılıb. Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.