Astara Gömrük İdarəsində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində verir.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edilərək 106 il öncə qurulan cümhuriyyətin çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olduğu vurğulanıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.