Astarada “Azərbaycan xalqının qələbə tarixi” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Milli Qurtuluş Gününə həsr olunmuş tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə 38 nəfər iştirak edib. Mövzu ilə əlaqəli çıxışlardan sonra “15 iyun – Milli Qurtuluş Günü və müstəqil Azərbaycanın qurucusu” mövzusunda film nümayiş olunub.
Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.