Astara rayon Mərkəzi Kitabxanasında “Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər" mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.
Tədbirdə Z. Bünyadov adına şəhər 2 saylı məktəbinin VII sinif şagirdləri, M.Ə. Sabir adına şəhər 1 saylı məktəbinin X sinif şagirdləri, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şahin Əliyev və kollektivi iştirak ediblər.
İlk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra mövzu ətrafında çıxışlarda Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şahin Əliyev çıxış ediblər.
Tədbirin sonunda 2 saylı məktəbin şagirdləri ulu öndər Heydər Əliyev haqqında şeirlər səsləndiriblər.