Astara Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Narkomaniyaya “yox” deyək", "Erkən nikahlar və onların fəsadları" mövzularında tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Suparibağ kənd məktəbində keçirilən tədbirdə psixoloq, polis əməkdaşları, məktəb direktoru və şagirdlər iştirak ediblər. Şagirdlərə mövzu barədə çıxışlar edilib, videoçarx nümayiş etdirilib. Yekunda iştirakçıların sualları cavablandırılıb.