Astara rayon Pensər kənd Z.Əhmədzadə adına 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.
Mərkəzin bələdçisi Cəmalə Məmmədova müəllimləri və şagirdləri Heydər Əliyevin fotoşəkilləri və sənədlərlə tanış edib. Həmçinin İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər nümayiş edilib, Vətən müharibəsinin şəhidləri haqqında məlumat verilib.