Astara rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin ilin son seminar-müşavirəsi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
İclasda mədəniyyət işinin səmərəliliyinin gələcəkdə daha da yüksəldilməsinin stimullaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə Astara rayon Pensər kənd Mədəniyyət Evi Fəxri Fərmanla, həmçinin Pensər kənd Mədəniyyət Evinin mədəni təşkilatçısı, Astara MM-in "Hovəlim" folklor qrupunun üzvü Bəsdi Camalova Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.