Astara rayon Pensər kənd körpələr evi-uşaq bağçası M.Abiyev adına Vaqo kənd tam orta məktəbində Peşə Təmayüllü siniflərin qonağı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən görüşdə uşaqlar Peşə Təmayüllü siniflərin avadanlıqları ilə tanış olublar. Burada uşaqlar şagirdlərin və ixtisas müəllimlərinin köməyi ilə müxtəlif əl işləri hazırlayıblar.