Astara rayonu Artupa kənd məktəbinin tarix müəllimi, Astara Təhsil Sektorunun metodisti Əliyev Baloğlan İsmayıl oğlu dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 fevral tarixində verir.
Baloğlan müəllimin dərs dediyi zaman halı qəflətən pisləşib və o, elə dərs zamanı vəfat edib.
Qeyd edək ki, 17 yanvar tarixində Baloğlan müəllimin 65 yaşı tamam olmuşdu və o, təqaüdə çıxmağa hazırlaşırdı.
Allah rəhmət eləsin!