Astara rayonunun Rudəkənar kəndində ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqlı evin eyvanının döşəməsi 3 kvadratmetr sahədə və tavanı 3 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.