Astara Rayon Məhkəməsində həmyerlisini döyən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində Azərforum-a istinadən verir.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
İttihama görə, hadisə 9 sentyabr tarixində Kakalos kəndində baş verib. Belə ki, Səməd Məmmədov (şərti) həmkəndlisi Vahid Kərimzadə (şərti) ilə mübahisə zamanı üz nahiyəsinə qəsdən 2 dəfə yumruqla zərbə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra S.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdi.