Astara rayonunda ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyü yanıb. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az FHN-yə istinadən xəbər verir.
Hadisə rayonun Təngərud kəndində baş verib. Tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.