Astarada Əməkdar müəllim, şöhrətli ziyalı Heybət Hüseynovun 90 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.
Tədbirdə Heybət Hüseynovun çoxşaxəli həyat fəaliyyəti barədə iştirakçılara dolğun məlumat verilib, qocaman müəllimə həsr olunmuş sənədli filmdən fraqmentlər təqdim olunub.
Heybət Hüseynovun şagirdləri, həmkarları, rayonunun ziyalıları və ağsaqqalları, dəvət olunmuş mötəbər qonaqlar, o cümlədən ailə üzvləri və qohumları ona təbriklərini çatdırıb, onun rayonda coğrafiya fənninin keyfiyyətli tədrisində və bir çox digər sahələrdə əvəzsiz xidmətlərindən söhbət açıb, Heybət Hüseynova həsr olunmuş şeirləri səsləndiriblər. Sonda xatirə şəkiləri çəkilib.