Astarada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rayon üzrə gənclər və idman sektorunun inzibati binasının həyətyanı sahəsində təmizlik aksiyası keçirilib və dekorativ güllər əkilib. İməcilikdə gənclər və idman sektorunun əməkdaşları iştirak ediblər.
Aksiyanın əsas məqsədi ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaqdan ibarətdir.