Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 yanvar tarixində APA-ya istinadən verir.
Hadisə Pensər kəndində qeydə alınıb. Belə ki, 80 yaşlı Tahirə Əliyeva və onun 58 yaşlı qızı Nazənin Şükürova hamamda dəm qazından zəhərlənərək ölüblər.
Qeyd edək ki, onlar kənd məktəbində müəllim işləyiblər.
Fakt üzrə araşdırma aparılır.