Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda müşavirə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Apa.az-a istinadən verir.
Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati dairəsi üzrə nümayəndəliyində baş tutan tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.
Müşavirədə çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub. Həmçinin aparılmış monitorinqin nəticələri və mövcud vəziyyət barədə iştirakçılar məlumatlandırılıblar, cari problemlər təhlil olunub.