Astara Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində verir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirdə Z. Bünyadov adına 2 saylı məktəbin müəllim və icma qrupları iştirak edib. Yığıncaqda mövzu ilə bağlı çıxışlar dinlənilib və uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda uşaqlar muzeyə ekskursiya ediblər.