Astarada FHN-in əməkdaşları xilasetmə əməliyyatı keçiriblər. Bu haqda bu gün, 12 avqust tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Astara" sularında xilasetmə əməliyyatı baş tutub. Təhlükə ilə üzləşən şəxs əməkdaşlar tərəfindən xilas edilib.