Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 16 yaşlı vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.