Astarada bədbəxt hadisə 8 aylıq körpənin ölümü ilə nəticələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Apa.az-a istinadən verir.
Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H. evdə uşaq manejindən yıxılıb və xəsarət alıb. Qohumları körpəni gecə saatlarında xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsindən bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.