Astarada 6 yaşlı uşaq qızılcadan vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Report.az-a istinadən verir.
Hadisə Maşxan kəndində baş verib.
Kənd sakini Y. Əliyevdə 4 gün əvvəl qızdırma olub. Uşaq xəstəxanaya aparılıb, ona müalicə təyin edilib. Buna baxmayaraq, azyaşlının vəziyyəti daha da pisləşib. Dünən uşaq yenidən təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas edə bilməyiblər.
Araşdırma aparılır.