Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Zaidov avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.