top
Astarada atasını xüsusi amansızlıqla öldürən qızı cəzasız qalıb
12 mart 2024, 01:03
- ↺ +

Astarada atasını xüsusi amansızlıqla öldürən qızı cəzasız qalıb

Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 mart tarixində Qafqazinfo-ya istinadən verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb. İstintaq materiallarında qeyd edilib ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə “Space TV”də yayımlanan “Gəl Danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Rühəngizin televiziya kanalına çıxmasını istəməyib. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqla vuraraq qətlə yetirib.

Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədildiyi sübut edilib.

Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixiatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir.

Qeyd olunanlara əsasən, Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.

Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Son xəbərlər

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Oxşar xəbərlər