Astarada gənc faciəvi şəkildə ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində Lent.az-a istinadən verir.
Bədbəxt hadisə Şuvi kənd inzibati ərazi dairəsinə daxil olan Səlivə kəndində baş verib. Kənd sakini, 19 yaşlı Tofiq Məlikov həyətyanı sahədə sitrus ağaclarını suvarmaq üçün su motorunu işə salıb. Bu zaman onu elektrik cərəyanı vurub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.