Astarada "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ekoloji aksiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 may tarixində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinə istinadən verir.
Aksiya şəhərin Xəzər dənizi sahilində təşkil olunub. İməcilik zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib.