Astara və Masallı rayon sakinləri Bakı şəhərində soyğunçuluq törədiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində verir.
Belə ki, Mərdəkan qəsəbəsində olan marketlərdən birinin qarşısında yerləşən ödəmə terminalından 6999 manat oğurlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini, 29 yaşlı Asim Əsədli və Masallı rayon sakini, 30 yaşlı Xəyal Məmmədov tutulublar.
Fakt üzrə cinayət İşi başlanılıb.