Bu yaxınlarda Astara sərhədində İran və Azərbaycan arasında yeni tranzit keçidinin açılışı olacaq. Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
O bildirib ki, yaxın bir neçə gün ərzində Astara ərazisindən Azərbaycan Respublikasına ölkənin ikinci əsas tranzit marşrutu istifadəyə veriləcək.