Astara rayonunun Sərək kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın səhər saatlarında qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.