Astara rayonunun Motalayataq kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 3 ton ot bağlaması və yaxınlıqda ümumi sahəsi 40 kv.m olan digər tövlənin yanar konstruksiyaları, içərisinə yığılan 5 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.