Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verir.
Elməddin Əbilov idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün RPŞ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Həmçinin şəxsin həm spirtli içkidən, həm də narkotik vasitədən istifadə etdiyi məlum olub. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətinə inzibati qaydada həbs edilib.