Astara Pedaqoji Kolleci əməkdaşlarının şəhid ailə üzvləri ziyarət edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 yanvar tarixində verir.
Belə ki, kollecin direktoru, şəhid atası, professor Kamran Kazımov kollektivin bir qrup üzvləri ilə kollecin Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcovanın həyat yoldaşı, şəhid mayor Kamran Fərəcovun ata ocağına baş çəkib. Daha sonra kollecin digər işçisi, şəhid anası Rəna Qeybiyevanın oğlu şəhid Arif Qeybiyevin ailəsi ziyarət edilib.
Həmçinin ziyarətçilər şəhidlərin xatirəsinə salınmış abidə kompleksində olublar.