top
Astara Pedaqoji Kollecinin direktoru şəhid övladının adına saldığı parkın açılışını edə bilmir
20 fevral 2024, 02:29
- ↺ +

Astara Pedaqoji Kollecinin direktoru şəhid övladının adına saldığı parkın açılışını edə bilmir

Şəhid baş leytenant Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov övladının adına park salmasına baxmayaraq, onun açılışını edə bilmir. Bununla bağlı o, öz sosial şəbəkə hesabında paylaşım edib.

K.Kazımov qeyd edib ki, şəhidlərin adını yaşada bilmək, əbədiləşdirmək valideynlərə rahatlıq verir: “Lənkəran rayon Yuxarı Nüvədi kəndində oğlum, şəhid baş leytenant Vüsal Kazımovun adına xatirə parkı salmaq üçün müraciət etdik. Lənkəran rayon icra orqanları ərazini bizə verdilər. Kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadratmetr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə Vüsalın adını daşıyan bulağı inşa etdik. Parkın açılış mərasimini 29 noyabr 2022-ci il – şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Lakin administrasiyadan daxil olan məktuba əsasən, belə halların Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra açılması tövsiyə olundu. Belə olan halda Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən razılıq almaqdan ötrü məktub və müvafiq sənədlər göndərildi və xahiş etdik ki, 17 dekabr – şəhidin doğum günü tarixində açılış mərasiminə razılıq versinlər. Lakin açılış mərasiminə icazə verilmədi”.

Kamran Kazımov onu da əlavə edib ki, 14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb hadisəni təfsilatı ilə izah edib: “Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatda baxılacaq. Nəhayət, dekabrın 1-də komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsi əməkdaşının iştirakı ilə iclasda məsələ ilə bağlı qərar verdilər: “Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək barelyef düzəldilsin”. “Bu da o deməkdir ki, mən gərək köhnəlmiş “partokrat”ların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. O gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm, amma hələ də o əraziyə park statusu verilməyib.

İndi üzümü sizə tutub deyirəm, ey mənim xalqım, bu halda mən nə etməliyəm? - deyə şəhid atası bildirib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Bu gün, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Bu gün, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Bu gün, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Bu gün, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Bu gün, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Bu gün, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Bu gün, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Bu gün, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Bu gün, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Bu gün, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Bu gün, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Oxşar xəbərlər