Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Astarada keçirəcəyi səyyar qəbulun yeri müəyyənləşib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində verir.
Görüş iyunun 21-də saat 09:00-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında təşkil olunacaq. Qəbulda iştirak etmək istəyənlər Mərkəzə (055-331-70-63) müraciət edə bilərlər. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.