Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şümrüd kəndinə səfər edib. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az Astara Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
Görüş zamanı rayon başçısı Şümrüddə yeni salınan yaşayış massivin tikintisi ilə tanış olub. O, işlərin yağışlar başlayanadək keyfiyyətlə görülüb başa çatdırılmasından ötrü tövsiyə və tapşırıqlarını verib. Həmin massivdə 18 evdən ibarət geniş yaşayış kompleksi tikilir.
Daha sonra sakinlərlə görüşən Qəzənfər Ağayev vətəndaşların qayğıları ilə maraqlanıb. Sakinlərin səsləndirdiyi məsələləri dinləyən icra başçısı onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.