Astara Heydər Əliyev Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıblar. Bu haqda bu gün, 22 avqust tarixində Cenublu.az mərkəzə istinadən xəbər verir.
Mərkəzin direktoru Kübra Səmədova və baş fond mühafizi Elza Kazımova Sərhəd Qoşunlarının Lənkəran dəstəsi tərəfindən "Fəxri fərman”la təltif olunublar. Onlar sərhədçilərin asudə vaxtının təşkilində yaxından köməklik göstəriblər.