Astarada “Təmiz hava” layihəsi çərçivəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən reyd keçirilib. Bu haqda bu gün, 22 avqust tarixində Cenublu.az Dünya TV-yə istinadən xəbər verir.
Reyd avtomobillərin ixrac qazının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaq məqsədilə təşkil olunub. Nəzarət-profilaktiki tədbirlər zamanı saxlanılan nəqliyyat vasitələrinin atmosferə bıraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsi ilə yoxlanılıb. Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi məlum olub.
DYP əməkdaşları tərəfindən eyni zamanda yükdaşıma və sərnişindaşıma qaydalarını pozan, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və digər qayda pozuntularına yol verən şəxslər də müəyyən edilib.