Astara rayonu, Bala Şahağac kənd sakinləri işığın fasilələrlə verilməsindən narazıdılar. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində verir.
Sakinlərin sözlərinə görə, verilən elektrik enerjisinin təchizatında problemlər yaşanır. “Kəndə yetəri gərginlikdə işıq verilmədiyindən, məcbur olub tənzimləyicidən istifadə edirik. Lakin o da bizim problemimizi həll etmir. İşıq xətləri ağaclara bağlandığından, bir az külək əsən kimi işıqlarımız tez-tez sönüb-yanır. Aidiyyəti qurumlardan məsələyə nəzər salmalarını xahiş edirik”, - deyə sakinlər öz müraciətlərində bildiriblər.