Astarada ölümlə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 mart tarixində verir.
Martın 8-də saat 22:40 radələrində 26 yaşlı Tural Əlizadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə çarpılıb. Qəza nəticəsində sürücü ölüb, avtomobildə olan sərnişin Mehdi Əsgərzadə isə bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.