top
Arvadına it hürdü, özü də HƏBSƏ DÜŞDÜ
02 aprel 2025, 06:45
- ↺ +

Arvadına it hürdü, özü də HƏBSƏ DÜŞDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda kəndlilər arasında dava olub.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Masallı Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Novruz Nəcəfov (ad şərtidir) 1962-ci ildə Masallı şəhərində doğulub. Ötən ilin oktyabr ayında həmkəndlisi, zərərçəkmiş Oruc Qurbanovun (ad şərtidir) təsərrüfatında saxladığı iti həyat yoldaşı Sevda Nəcəfovanın (ad şərtidir) üstünə hürüb. Bu səbəbdən Orucla Novruz arasında mübahisə yaranıb. Mübahisə zamanı ağac parçası ilə qəsdən həmkəndlisinə zərbə endirib, daha sonra onu yerə yıxaraq yumruq və təpiklə xəsarətlər yetirib.

Bununla da Novruz Nəcəfov Azərbaycan Respublikası CM-nin 128-ci (sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib:

“Hadisə günü evin həyətində olarkən həyat yoldaşım Sevdanın qışqırıq səsini eşitdim. Çölə çıxdıqda Oruca məxsus itin arvadımın üzərinə hürdüyü üçün onun qorxaraq kolluğa tərəf çəkilməsinin şahidi oldum. Oruc orada olduğu üçün dedim ki, itinə sahib çıx, bağlı şəkildə çölə çıxar. Çünki həmin it dəfələrlə ailə üzvlərimə hücum edib.

Sözlərimə qarşılıq olaraq Oruc dedi ki, it hücum etməyib, sadəcə hürüb. Ardınca əlimdə olan ağac parçası ilə onu bir dəfə vurdum. Daha sonra o məni təpikləməyə və vurmağa başladı”.

Ardından məhkəmədə zərərçəkmiş Oruc Qurbanov ifadə verib:

“Heyvanları örüş sahəsinə apararkən Novruzun arvadı Sevda ilə üzbəüz gəldik. Şəxsi təsərrüfatımda saxladığı it Sevdaya hürdüyü üçün qorxmağa başladı. Dedim ki, it cummayacaq, keç get. Bir az sonra əri çıxıb söyüş söyməyə başladı. Əlinə mobil telefonunu alaraq videoçəkiliş aparmaqla üzərimə gəlib, bir kəllə və yumruq zərbəsi ilə vurdu”.

Məhkəmənin qərarı ilə Novruz Nəcəfov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Oxşar xəbərlər