Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilə "Cənub Arıçılıq Mərkəzi" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.
Müqaviləyə əsasən, Arıçılıq ixtisasına qəbul olunan tələbələrin istehsalat təlim və təcrübələri Arıçılıq Mərkəzində keçəcək.
Qeyd edək ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilə Arıçılıq Mərkəzinin aqroturizmin inkişafına yönələn "Bee İn Vet" layihəsinin təqdimatı planlaşdırılır.