Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində verir.
Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Görüşdə 40 nəfərə yaxın vətəndaş müraciətlərini səsləndirib. Bütün müraciətlər və təkliflər diqqətlə dinlənilib, qeydiyyatı aparılıb. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.