Masallı rayon icra başçısı Araz Əhmədov səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyun tarixində verir.
Görüş Təzə Alvadı ərazisində təşkil olunub. Rayon başçısı vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Digər müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.