Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Şərəfə ərazisinin sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Belə ki, icra başçısı qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal həll olunub. Digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
Araz Əhmədov sonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.