Masallının icra başçısı Araz Əhmədov səyyar qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Masallı Rayon İcra Hakimiyyətinə istinadən verir.
Görüş Öncəqala ərazisində baş tutub. Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.