Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lürən ərazisinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində verir.
Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlayaraq səyyar görüş-qəbulunu açıq elan edib. Daha sonra RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərin bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.