Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov I Səmədxanlı ərazisinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşların onları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və müraciətlərinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.